Gündəm

Qubadlı– zəfərin şanlı salnaməsi, dirçəlişinin yeni ünvanı 25 Oktyabr – Qubadlı Şəhəri Günü münasibətilə

Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən 25 oktyabr – QubadlıŞəhəri Günü xalqımızın qəhrəmanlığını, milli birliyini və əzəli torpaqlarımıza qayıdışəzmini təcəssüm etdirir. Bu əlamətdar gün 2020-ci ildə Qubadlı şəhərinin Ermənistanınişğalından azad edilməsi ilə tariximizə qızıl hərflərlə yazılıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinin azadedilməsinin əhəmiyyətini belə ifadə edib: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlınınişğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azadedilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Bu tarixi Qələbə Azərbaycan Ordusunun gücünü, əsgər və zabitlərimizinqəhrəmanlığını, xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Qubadlının azad olunması Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindənbiri olmaqla, Zəfərə aparan yolu daha da yaxınlaşdırdı.

Qubadlı – zəngin tarixə və bərəkətli torpaqlara malik yurdumuz

Zəngin təbiəti, əlverişli iqlimi və məhsuldar torpaqları ilə seçilən Qubadlı işğaldanəvvəl Azərbaycanın mühüm kənd təsərrüfatı rayonlarından biri olub. Burada taxılçılıq, üzümçülük, tütünçülük, bostançılıq və heyvandarlıq inkişaf edib. Rayonun kəndləri, dağları, çayları və münbit torpaqları onun iqtisadi və mədəni həyatında mühüm yertutub.

Uzun illər doğma yurdlarından ayrı düşən qubadlılıların ən böyük arzusu ata-babatorpaqlarına qayıtmaq, doğma evlərini yenidən qurmaq və yurdlarının əvvəlki həyatınıbərpa etmək olub. Bu arzu Azərbaycanın tarixi Qələbəsi ilə gerçəyə çevrilib.

Qələbədən quruculuğa doğru

Qubadlının azadlığı ilə başlayan yeni mərhələ bu gün genişmiqyaslı bərpa vəquruculuq işləri ilə davam edir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilənyenidənqurma layihələri Qubadlının da simasını dəyişir, bölgənin sosial-iqtisadi inkişafıüçün yeni imkanlar yaradır.

Hazırda Qubadlının Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması doğmatorpaqlarda həyatın bərpasına xidmət edir. Bu layihələr təkcə yeni yaşayış evlərinintikintisi deyil, həm də insanların öz yurdlarına qayıdışının, ailələrin yenidən doğmaocaqlarında məskunlaşmasının və gələcəyə inamının təcəssümüdür.

Prezidentin Qubadlıya səfərləri – inkişafın yeni mərhələsi

Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri Qarabağ və ŞərqiZəngəzurun bərpasına, iqtisadi potensialının gücləndirilməsinə və dayanıqlıinfrastrukturun yaradılmasına verilən xüsusi əhəmiyyətin göstəricisidir.

19 oktyabr 2022-ci ildə dövlət başçısının Qubadlıya səfəri çərçivəsində “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq keçirilib. Həmçinin “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməliqoyulub. Bu layihələr bölgədə su təminatının, enerji infrastrukturunun və müasiridarəetmə sistemlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Tarixi Qələbə gələcək nəsillərin yaddaşında

Qubadlı Şəhəri Günü Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılanmübarizənin, şəhidlərimizin fədakarlığının və qazilərimizin qəhrəmanlığının xatırlanmasıbaxımından xüsusi məna daşıyır. Bu gün həm də Vətən sevgisinin, milli həmrəyliyin vətarixi yaddaşın qorunmasının təcəssümüdür.

Hər il 25 oktyabr tarixinin qeyd olunması Qubadlının azadlığı uğrunda canındankeçən qəhrəmanlarımızın əziz xatirəsinə ehtiramın ifadəsi, gənc nəslin vətənpərvərlikruhunda tərbiyəsi və Zəfər tariximizin gələcək nəsillərə çatdırılması baxımından mühüməhəmiyyət kəsb edir.

Bu gün Qubadlı təkcə azad edilmiş şəhər deyil, həm də Azərbaycanın yenilməziradəsinin, quruculuq əzminin və gələcəyə inamının rəmzidir. Doğma torpaqlarınaqovuşan Qubadlı yeni inkişaf mərhələsinə qədəm qoyur.

Qubadlıya qayıdış – Zəfərin davamı, gələcəyə açılan ümiddir!

 

 

Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru

Oxşar Xəbərlər

Back to top button