
Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Çexiya Respublikasının Baş naziri Andrey Babişarasında keçirilən görüşlər və səsləndirilən bəyanatlar birməqamı açıq şəkildə göstərdi: iki ölkə arasındakı münasibətlərartıq yeni mərhələyə qədəm qoyur. Bu, sadəcə diplomatiknəzakət çərçivəsində baş verən görüş deyildi, burada konkretplanlar, real maraqlar və gələcəyə hesablanmış əməkdaşlıqniyyəti açıq hiss olunurdu.
Davosda başlayan dialoqun qısa müddətdə Qəbələdə davametməsi təsadüfi deyil. Bu, tərəflərin münasibətlərə ciddiyanaşdığını və onları sürətlə inkişaf etdirmək istədiyini göstərir. Görüşlər zamanı həm regional, həm də qlobal məsələlərinmüzakirə olunması isə əməkdaşlığın yalnız iqtisadi deyil, dahageniş siyasi kontekstdə dəyərləndirildiyini deməyə əsas verir.
Ən maraqlı məqamlardan biri iqtisadi münasibətlərinstrukturunun dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirlər oldu. Bu gün Azərbaycan ilə Çexiya arasındakı ticarət əsasən enerjiüzərində qurulub. Azərbaycan nefti Çexiya üçün mühüməhəmiyyət daşıyır və bu sahədə tərəflər artıq formalaşmışetibarlı tərəfdaşdır. Amma açıq şəkildə görünür ki, tərəflərbununla kifayətlənmək istəmir. Məqsəd əməkdaşlığı dahabalanslı və çoxşaxəli etməkdir.
Enerji yenə də əsas istiqamət olaraq qalır, amma artıq fərqliprizmadan baxılır. Söhbət təkcə neft və qaz satışından getmir — burada uzunmüddətli strateji əməkdaşlıqdan danışılır. Avropadaenerji təhlükəsizliyinin gündəmdə olduğu bir dövrdəAzərbaycanın rolu daha da artır və Çexiya da bu reallığı aydınşəkildə dərk edir.
Diqqət çəkən digər bir sahə müdafiə sənayesidir. Çexiyanınbu istiqamətdə köklü ənənəsi və texnoloji imkanları var. Azərbaycan da son illər ərzində öz müdafiə potensialınıgücləndirib. Bu iki faktorun birləşməsi isə təbii olaraq birgəistehsal və əməkdaşlıq üçün ciddi zəmin yaradır. Səsləndirilənfikirlərdən aydın hiss olunur ki, bu sahə yaxın illərdəmünasibətlərin əsas istiqamətlərindən birinə çevrilə bilər.
Qəbələdə keçirilən biznes-forum bütün bu fikirlərin praktikmüstəviyə keçidinin göstəricisidir. Çexiyadan gələn geniş biznesnümayəndə heyəti, təqdim olunan layihələr və investisiyamarağı artıq sözlərin real addımlarla əvəz olunduğunu göstərir. Nəqliyyat, sənaye, texnologiya və enerji sahələrində əməkdaşlıqimkanlarının müzakirə olunması bu tərəfdaşlığın nə qədər genişpotensiala malik olduğunu ortaya qoyur.
Eyni zamanda, Azərbaycanın coğrafi mövqeyi də xüsusi roloynayır. Şərq – Qərb nəqliyyat dəhlizində yerləşməsi ölkəniregionun əsas logistika mərkəzlərindən birinə çevirir. Bu isəÇexiya üçün yalnız iqtisadi deyil, həm də strateji baxımdanmaraqlı imkanlar yaradır.
Bizcə, Qəbələ görüşünün ən mühüm nəticəsi tərəflərarasında qarşılıqlı etimadın daha da möhkəmlənməsi oldu. Çünki istənilən böyük layihənin arxasında ilk növbədə etibardayanır. Bu etibar artıq mövcuddur və görünən odur ki, tərəflərbundan maksimum istifadə etməyə hazırdır. Beləliklə, Azərbaycan – Çexiya münasibətləri yeni bir mərhələyə keçir: bumərhələ artıq sözlərdən çox, konkret layihələr və real əməkdaşlıq üzərində qurulur. Qəbələ isə bu yeni mərhələninbaşlanğıcı kimi yadda qaldı.
Pərvin Eyvazov,
Filologiya elmləri üzrə fəlsəfə doktoru,
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi



