AnalitikaGündəm

Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir

Azərbaycan Prezidenti İlham Əliyevin II Şuşa Qlobal Media Forumunun açılış mərasimində toxunduğu mövzulardan biri də Ermənistanın müharibədən sonra Azərbaycan ərazisini minalarla çirkləndi­rilməsi oldu. İşğaldan azad olunmuş ərazilərin əziyyətli və vaxtaparan iş olduğu hamı­ya məlumdur.

İlk növbədə cənab Prezident bildirib ki, ölkənin inkişafının təmin olunması üçün milli ideyanın formalaşdırılması mühüm şərtlərdən biridir. Azərbaycanın belə bir ideyası torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyünün bərpası üzərində formalaşmışdı.İlham Əliyev bir daha ölkəmizdə, xüsusən də azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda gedən proseslərə dünyada böyük marağın olduğunu göstərdi.

Azərbaycan azad olunmuş ərazilərində quruculuq işlərini sürətlə davam etdirir. Bu gün artıq dörd şəhərə və dörd kəndə vətəndaşlar daimi yaşayış üçün qayıdıblar. Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir. 30 il ərzində Azərbaycan vətəndaşları öz ata-baba yurdlarından kənar qalıblar. Dövlətimiz erməni vandallığı nəticəsində milyardlarla dollar ziyan görüb. Bu gün biz öz ərzilərimizi özümüz bərpa edirik, dövlətimiz vətəndaşı üçün işğaldan azad edilən torpaqlardə hər bir şərait yaradır.

Dədə – baba torpaqlarından dıdərqin düşmüş məcburi köçkünlər doğma yurdları­na qayıdışına ən böyük maneənin məhz minalar olduğunu deyən İlham Əliyev Azərbaycanın həmin ərazilərin reabilita­siyasının daha sürətli aparılması üçün infrastruktur layihələrinin və yaşayış bina­larının inşasına başlamamışdan əvvəl o ərazilərin minalardan təmizləndiyini qeyd edib.

Prezident İlham Əliyev vətəndaşların dörd şəhərə və dörd kəndə artıq qayıt­dıqlarını nəzərə çatdırıb: “Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşa­yır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 bina­dan ibarət yaşayış kompleksini istifadəyə verdik. Üç, dörd, beşmərtəbəli binalardır. Buraya yaxındır, oranı gedib görə bilərsi­niz. Artıq orada sakinlər yaşayırlar. Yəni, Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir”.

Mətanət Cəfərova,
YAP-nın fəalı

Oxşar Xəbərlər

Back to top button