Gündəm

“Qadın Sahibkarlığının İnkişafı” layihəsi uğurla yekunlaşıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  nin maliyyə dəstəyi və “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Xaçmaz və Quba rayonlarında sahibkar olmaq istəyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan 50 qadını əhatə edən “Qadın Sahibkarlığının İnkişafı” adlı layihə uğurla yekunlaşıb.

Aktualinfo.az xəbər verir ki, layihə KOBİA, Dövlət Məşğulluq Agentliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Xaçmaz DAİM-Dövlət Aqrar İnkişaf Mərkəzi, Quba Rayon İcra Hakimiyyəti, Quba QHT-lərin Resurs və Təlim Mərkəzinin tərəfdaşlığı ilə baş tutub. Layihənin məqsədi bölgələrdə həssas əhali qrupuna aid  qadınların sahibkarlıq fəaliyyətinə dəstək olamaq, özünəməşğulluq proqramına cəlb etmək və regionlarda sahibkar qadın icmaları yaratmaqdır. Layihə çərçivəsində sahibkar olmaq istəyən qadınlar üçün bələdçi rolu oynayacaq “Sahibkar Qadın Portreti” adlı kitabça hazırlanıb və iştirakçılara təqdim edilib.

Layihə sonunda «Xaçmaz Sahibkar Qadın İcması» və «Xaçmaz Sahibkar Qadın İcması» yaradılıb. Bu icmalar təşkilatın yaratdığı 8-ci qadın icmasıdır. Layihənin məqsədinə uyğun olaraq qadınlara dəstək layihə bitdikdən sonra da  yaradılan icmalar vasitəsilə olacaq, şəbəkələşmə prosesi davam edəcəkdir. Həmçinin layihə iştirakçıları öz bizneslərinə başlamaq və ya biznesini genişləndirmək üçün Dünya Bankı, Dövlət Məşğulluq Agentliyi, Qadın Resurs Mərkəzi, Peşə Təhsili üzrə Dövlər Agentliyi və digər müvafiq sahədə fəaliyyə göstərən assosiasiyalarla əlaqələndirilib. Müraciət edən bir neçə qadına öz biznesinə başlamaq və müvafiq qurumlara təqdim etmək üçün üçün biznes plan hazırlanıb.

Oxşar Xəbərlər

Back to top button