
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevilə Ukrayna Prezidenti Volodimir Zelenski arasındakeçirilən görüş və mətbuata verilən birgə bəyanat ikiölkə arasında strateji tərəfdaşlığın daha damöhkəmləndiyini bir daha nümayiş etdirdi. Aprelin 25-də Ukrayna Prezidentinin Azərbaycana səfəriçərçivəsində baş tutan bu görüş həm siyasi, həm dəiqtisadi əməkdaşlığın genişləndirilməsi baxımındanmühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev mətbuata bəyanatında qeydedib ki, Azərbaycan və Ukrayna liderlərinin görüşləriartıq müntəzəm xarakter daşıyır. Son dörd il ərzindədövlət başçıları yeddi dəfə görüşərək ikitərəflimünasibətlərin inkişafına mühüm töhfə veriblər. Bugörüşlərin əksəriyyəti beynəlxalq təşkilatların tədbirləriçərçivəsində baş tutsa da, qarşılıqlı səfərlər və birbaşadialoq ölkələr arasında əlaqələrin daha dadərinləşməsinə xidmət edib.
Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, PrezidentVolodimir Zelenskinin 2019-cu ildə Azərbaycana ilksəfəri iki lider arasında şəxsi münasibətlərinformalaşmasında mühüm rol oynayıb. O vaxtdanetibarən qurulan səmimi və qarşılıqlı etimada əsaslananmünasibətlər bu gün də uğurla davam edir. Bu şəxsimünasibətlər dövlətlərarası əməkdaşlığın inkişafına damüsbət təsir göstərərək, müxtəlif sahələrdə yeniimkanların yaranmasına zəmin yaradıb.
Prezident İlham Əliyev həmçinin 2022-ci ilin yanvarayında Ukraynanın paytaxtı Kiyev şəhərinə etdiyisəfəri xatırladaraq bildirib ki, həmin səfər zamanıaparılan fikir mübadiləsi və sonrakı təmaslarAzərbaycan–Ukrayna münasibətlərini daha yüksəksəviyyəyə qaldırıb. Bu səfər çərçivəsində əldə olunanrazılaşmalar iki ölkə arasında siyasi dialoqunintensivləşməsinə və iqtisadi əməkdaşlığıngenişlənməsinə təkan verib.
Qeyd olunub ki, Azərbaycan və Ukrayna arasındaəlaqələr yalnız siyasi sahə ilə məhdudlaşmır. Enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar sahələrdə dəəməkdaşlıq uğurla inkişaf edir. Xüsusilə enerjitəhlükəsizliyi məsələlərində Azərbaycanın roluUkrayna üçün mühüm əhəmiyyət daşıyır. Eynizamanda, nəqliyyat-logistika sahəsində həyatakeçirilən layihələr regionda yeni iqtisadi imkanlaryaradır.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlarçərçivəsində də bir-birini daim dəstəkləyir. Buqarşılıqlı dəstək iki ölkənin beynəlxalq arenadamövqelərinin möhkəmlənməsinə xidmət edir. Hər ikidövlət beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraqərazi bütövlüyü və suverenlik məsələlərində bir-birininmövqeyini müdafiə edir.
Səfər çərçivəsində aparılan müzakirələr və əldə olunanrazılaşmalar göstərir ki, Azərbaycan–Ukraynamünasibətləri gələcəkdə daha da inkişaf edəcək. Dövlət başçıları arasında formalaşmış yüksək səviyyəlidialoq və qarşılıqlı etimad əlaqələrin perspektivlərinidaha da genişləndirir.
Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri vəPrezident İlham Əliyev ilə keçirilən görüş iki ölkəarasında əməkdaşlığın yeni mərhələyə qədəmqoyduğunu göstərir. Bu səfər yalnız mövcud əlaqələrinmöhkəmləndirilməsi deyil, həm də gələcək əməkdaşlıqistiqamətlərinin müəyyənləşdirilməsi baxımındanmühüm addım kimi qiymətləndirilir.
Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi



