Gündəm
Polis tərəfindən məhv edilən şəxsin kimliyi açıqlandı
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində “Bravo”dakı silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri – 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Görülmüş tədbirlərlə o, polis tərəfindən məhv edilib.
Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcəkdir.
R.İsmayılovun meyiti sözügedən evdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.