Gündəm

Paşinyan Dünya İqtisadi Forumunda iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etməyəcək.

Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Paşinyan sözügedən forumda yalnız 2019-cu ildə iştirak edib. 

Qeyd edək ki, bu gün Davos şəhərində Dünya İqtisadi Forumunun açılış mərasimi baş tutacaq. Forumda 50-dən çox dövlət və hökumət başçılarının, 19 ölkənin Mərkəzi bankının sədrlərinin, çox sayda nazir, eləcə də qurum rəhbərlərinin iştirakı gözlənilir.

Oxşar Xəbərlər

Back to top button