Partiya fəalları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov, təşkilatın məsul əməkdaşları Siyasət Həsənov və Nəzrin Bayramova 06 oktyabr 2023-cü il tarixində Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi 1 (Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəb) ünvanında partiya fəalları ilə növbəti görüş keçirmişdir.
Aktualinfo.az xəbər verir ki, görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı ümümmilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov çıxış edərək bildirdi ki, Azərbaycanın müzəffər Ordusunun yağı düşmən üzərində möhtəşəm qələbəsi hər bir azərbaycanlını qürurlandırır.Əzəli torpaqlarımızda müqəddəs üçrəngli Bayrağımızın dalğalanması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düşünülmüş daxili və xarici siyasətin nəticəsidir. Bu gün dünya dövlətləri Azərbaycan Respublikası ilə hesablaşır, ölkəmiz dünyada söz sahibinə çevrilmişdir. Şəfayət Nənəcanov həmçinin, YAP-ın VII Qurultayından sonra ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsindən, partiyada aparılan islahatlardan da söhbət açdı.
119 nömrəli tam orta məktəbin direktoru, partiya fəalı Mayılova Mətanət çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev min illərdən bəri şanlı yol keçmiş Azərbaycan tarixinin ən parlaq səhifələri yazdı, cənnət Qarabağımızı dünya savaş tarixində misli görünməmiş sürətlə düşməndən azad edərək dövlət suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdi.
Daha sonra partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib. partiya fəallarının fikir və təklifləri dinlənilib, qaldırılan məslələrlə bağlı müzakirələr aparılıb.