Dünya
Özbəkistanın XİN rəhbəri vəzifəsindən azad edildi
Özbəkistanın xarici işlər naziri Vladimir Norov vəzifəsindən azad edilib.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkə Prezidenti Şavkat Mirziyoyev bununla bağlı fərman imzalayıb.
Mirziyoyevin digər fərmanına əsasən, daha əvvəl təhsil naziri olan Bəxtiyar Saidov müvəqqəti olaraq XİN rəhbərinin səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, Vladimir Norov cari ilin aprel ayından Özbəkistanın XİN rəhbəri olaraq çalışıb.