Gündəm

Nizami rayonunda “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycana rəhbər təyin edilməsinin 54-cü ildönümü münasibətilə “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda konfrans keçirilib.

Aktualinfo.az xəbər verir ki, konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” adlı videofilm nümayiş olunub.

Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.

Çıxışlardan sonra bədii hissə olub, Azərbaycan Respublikasının Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin solisti Sevinc Sarıyevanın ifası dinlənilib.

Oxşar Xəbərlər

Back to top button