Nizami rayonunda cüdo turniri keçirilib
Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə cüdo turniri keçirilib.
Aktualinfo.az xəbər verir ki ,turnirdə Bakı şəhərindən 2 yaş qrupu, 8 çəki dərəcəsi üzrə 120-dən çox idmançı iştirak edib. Turnir olimpiya sistemi üzrə keçirilib.
Turnirin bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov və başqaları Çıxış ediblər.
Çıxışlardan sonra mükafatlandırma mərasimi olub. Qaliblərə medallar, diplomlar, iştirakçılara isə sertifikatlar təqdim olunub.