Neftçala məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş bilik yarışı keçirilib

06.11.2023 cü il tarixində Neftçala rayonu üzrə Gənc müəllimlər Assosiasiyasının Neftçala rayonu üzrə koordinatoru, Peşə təmayüllü siniflərdə Qrup rəhbəri, Neftçala rayon Boyat kənd tam orta məktəbinin tarix müəllimi Elşən Rəsulovun təşkilatçılığı ilə Neftçala rayon Aşağı Surra kənd tam orta məktəbində 6 məktəbin şagirdlərinin iştirak etdiyi Zəfər gününə həsr olunmuş Zəfər tarixi mövzularını əhatə edən Zəfər yarışı keçirilmişdir.
Aktualinfo.az xəbər verir ki, Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbi, Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəb, Neftçala rayonu Xıllı qəsəbə Faruq Quliyev adına 2 nömrəli tam orta məktəb, Neftçala rayonu Ağaşirin Cəfərov adına Astanlı kənd tam orta məktəbi, Neftçala rayon R.Əliyev adına Yuxarı Qaramanlı kənd tam orta məktəb və Neftçala rayonu Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəblərinin komandaları öz mübarizələrini aparıblar.
Yarış gənclərin intellektual bilik və dünyagörüşünün möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunub.
Yarışda I, II və III yerləri müvafiq olaraq Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəb, Neftçala rayonu R Əliyev Adına Yuxarı Qaramanlı kənd tam orta məktəb və Neftçala rayonu Bəhruz Həşimov adına tam orta məktəb tutublar. Qaliblərə sertifikatlar təqdim olunub.