AnalitikaGündəmSiyasət

Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir

Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın gələcək inkişaf istiqamətlərinə dair mühüm mesajlarla yadda qalıb.

Prezident kimi Naxçıvana 17-ci səfərini həyata keçirən İlham Əliyev Naxçıvanın hərtərəfli və sürətli inkişafının bundan sonra da təmin ediləcəyini bildirib. Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, 300 meqavat gücündə istilik elektrik stansiyasının, yeni Günəş və su elektrik stansiyalarının yaradılması ilə bağlı layihələrin təqdim olunması muxtar respublikanın sənaye və enerji potensialının daha da gücləndirilməsinə xidmət edir.

Müsahibədə Naxçıvanın enerji təhlükəsizliyinin tam təmin olunduğu, qazlaşmanın 100 faiz təşkil etdiyi və gələcəkdə muxtar respublikanın elektrik enerjisi ixrac edən mühüm mərkəzə çevrilməsinin hədəfləndiyi vurğulanıb. Naxçıvanın böyük Günəş enerjisi potensialından istifadə etməklə yüzlərlə meqavat gücündə yeni stansiyaların inşası nəzərdə tutulur.

Zəngəzur dəhlizinin yaradılması da Naxçıvanın gələcək inkişafında mühüm rol oynayacaq. Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olması, dəmir yolu layihələrinin davam etdirilməsi və Naxçıvan dəmir yolunun 15 milyon ton yükaşırma qabiliyyətinə çatdırılması regionun mühüm nəqliyyat qovşağına çevrilməsinə imkan verəcək.

Bununla yanaşı, kənd təsərrüfatının inkişafı, suvarma sistemlərinin yenilənməsi, yeni yolların çəkilməsi, rayonlararası nəqliyyatın yaxşılaşdırılması, sosial infrastrukturun inkişafı və yeni iş yerlərinin yaradılması istiqamətində geniş tədbirlər həyata keçiriləcək.

Naxçıvanın tarixi-mədəni irsinin qorunması da diqqətdə saxlanılır. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi abidələrin qorunması, turizm infrastrukturunun inkişaf etdirilməsi Naxçıvanın tarixi və mədəni potensialının gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button