Gündəm

Muğanlı-İsmayıllı yolu və Ağsu dolaylarında nəqliyyatın hərəkəti təmin edilsə də, alternativ yollar tövsiyə olunur

Muğanlı-İsmayıllı yolu və Ağsu dolaylarında nəqliyyatın hərəkəti təmin edilir. Lakin bu istiqamətlərdə hərəkət edən sürücülərə təhlükəsizlik məqsədilə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev bildirib.

Qurum rəsmisi onu da əlavə edib ki, hava şəraitinə görə yük maşınları, eləcə də sərnişin daşıyan avtomobillər alternativ yola – Qaraməryəm yoluna yönləndirilir.

Muğanlı-İsmayıllı, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan, Şamaxı, Ağsu dolaylarından keçən çətin relyefli ərazilərində AAYDA-nın canlı qüvvəsi və texnikası fasiləsiz işləyir. Qarlı və buzlu yollara texniki duz və qum səpilir, yolun hərəkət hissəsində olan qar texnika vasitəsilə ilə təmizlənir.

Hazırda Ağsu, Şamaxı, İsmayıllı rayonlarında qarın yağması davam edir.

Oxşar Xəbərlər

Back to top button