Gündəm
Mingəçevir su anbarına daxil olan suyun həcmi təqribən 50 faiz azalıb
Son dörd ildə Mingəçevir su anbarına daxil olan suyun həcmi təxminən 50 faiz azalıb.
Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.
Nazir müavininin sözlərinə görə, əgər 2018-ci ildə daxil olan suyun həcmi 823 milyon kubmetr idisə, ötən il həmin göstərici 455 kubmetrə bərabər olub.