Dünya

Makron hərbi büdcəni artırır

Fransa Prezidenti Emmanuel Makron 2024-2030-cu illər arasında ölkənin hərbi büdcəsinin artırılaraq 400 milyard avroya çatdırılacağını açıqlayıb.

Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Fransa lideri Mont-de-Marsan bazasında Respublika Silahlı Qüvvələrinin komandanlığı qarşısında çıxışı zamanı deyib.

“Hərbi xərclərə ayrılan vəsait 2024-2030-cu illər arasında üçdə bir dəfə artırılacaq” deyən Makron hərbi büdcənin 400 milyard avroya yüksələcəyinə işarə edib.

Makron bundan əvvəl ABŞ-nin iqtisadi siyasətinin Avropa dövlətlərinə mənfi təsir göstərə biləcəyini bildirmişdi. Fransa Prezidentinin sözlərinə görə, Avropa İttifaqı ölkələri öz iqtisadiyyatlarını sənayeləşmə üzrə inkişaf etdirməyə borcludurlar. Makron, həmçinin hesab edir ki, Avropa dövlətləri “Made in Europe” strategiyasını həyata keçirməlidir.

O, eyni zamanda qeyd edib ki, Avropa ölkələri Amerikadan daha çox muxtariyyət əldə etməlidirlər. Makronun sözlərinə görə, Ukraynadakı münaqişə Avropanın Rusiya Federasiyası və digər potensial rəqiblər qarşısında zəifliyini, həmçinin ABŞ-dən güclü asılılığını ortaya qoyub.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button