AnalitikaGündəmSiyasət

Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana Rəsmi Səfəri Və Yeni Əməkdaşlıq Perspektivləri

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri iki ölkə arasında diplomatik və iqtisadi münasibətlərin inkişafında müstəsna əhəmiyyət kəsb edir. Paytaxt Bakıda ali qonağın şərəfinə keçirilən rəsmi qarşılanma mərasimi tərəflər arasındakı dostluq və qarşılıqlı hörmət prinsiplərini bir daha nümayiş etdirmişdir. Yüksək səviyyəli bu vizit Azərbaycanın Cənub-Şərqi Asiya regionu ilə əlaqələrini şaxələndirmək strategiyasının mühüm tərkib hissəsidir.

Səfər çərçivəsində keçirilən ikitərəfli görüşlərdə siyasi dialoqun dərinləşdirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri ön plana çəkilmişdir. BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud olan uğurlu əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsi barədə razılıq əldə olunmuşdur. Tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliklərini nümayiş etdirərək qlobal çağırışlara qarşı birgə mövqe nümayış etdirməyin vacibliyini vurğulamışlar.

İqtisadi sahədə ticarət dövriyyəsinin artırılması, energetika, kənd təsərrüfatı və nəqliyyat-logistika koridorlarından effektiv istifadə imkanları geniş müzakirə edilmişdir. Azərbaycanın tranzit potansialı və Laosun regiondakı strateji mövqeyi yeni tədarük zəncirlərinin qurulmasına şərait yaradır. Birgə biznes forumların keçirilməsi və iş adamları arasında birbaşa əlaqələrin təşviq edilməsi qarşılıqlı sərmayə qoyuluşlarına təkan verəcəkdir.

Humanitar və akademik sahələrdə əlaqələrin genişləndirilməsi, tələbə mübadiləsi və mədəniyyət günlərinin keçirilməsi də tərəflərin diqqət mərkəzində olmuşdur. Laos Prezidentinin Azərbaycana ziyarəti iki ölkə xalqları arasında dostluq körpülərini möhkəmləndirməklə yanaşı, ikitərəfli münasibətləri keyfiyyətcə yeni və strateji mərhələyə daşımışdır.

Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button