GündəmSosial

39 saylı Şəhər Poliklinikasında müşavirə keçirilib

Oktyabrın 19-da “M.Xiyabani küç. 25” ünvanı üzrə (39 saylı Şəhər Poliklinikası) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, 39 saylı Şəhər Poliklinikasının baş həkimi, ərazi partiya təşkilatının sədri Ləman Hacıyeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatının üzvləri və poliklinikanın həkim kontingenti iştirak edib.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən 39 saylı Şəhər Poliklinikasının baş həkimi, ərazi partiya təşkilatının sədri Ləman Hacıyeva Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlərin ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlət suverenliyinin qorunması və əldə olunan nailiyyətlərin əhəmiyyətini vurğulamışdır. Ləman Hacıyeva Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasətin Azərbaycanın inkişafına mühüm töhfələr verdiyini bildirmişdir. Səhiyyə sahəsində aparılan islahatların, əhalinin sağlamlığının qorunmasına göstərilən diqqətin və tibbi xidmətlərin inkişafının vacibliyini xüsusi vurğulamış, həkimlərin cəmiyyət qarşısında mühüm məsuliyyət daşıdığını, insanların sağlamlığının qorunmasının onların əsas vəzifələrindən biri olduğunu bildirilmişdir. Həmçinin dövlətin inkişafı, xalqın rifahı və gələcək uğurlar naminə hər bir vətəndaşın öz fəaliyyəti ilə töhfə verməsinin vacibliyini qeydolunmuşdur. Sonda Ləman Hacıyeva Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində birliyin, həmrəyliyin və məsuliyyətli fəaliyyətin mühüm rol oynadığını vurğulamışdır.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq nüfuzunun və siyasi mövqeyinin daha da güclənməsinə şərait yaradır. Bəxtiyar Nəbiyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər milli birliyin, xalq-iqtidar həmrəyliyinin və ardıcıl dövlət siyasətinin nəticəsidir. Çıxışda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin ölkənin gələcək inkişafı üçün geniş imkanlar yaratdığını qeyd olunub. Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin azad edilmiş ərazilərin dirçəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, ölkədə sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Səhiyyə sahəsində həyata keçirilən islahatların əhalinin sağlamlığının qorunmasına və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Həmçinin tibb işçilərinin cəmiyyət qarşısında məsuliyyətindən danışaraq onların peşə fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyini qeyd olunub. Nəzərə çatdırılıb ki, Yeni Azərbaycan Partiyasının üzvləri ölkədə həyata keçirilən inkişaf proseslərində fəal iştirak etməli, dövlətçilik prinsiplərinin və milli həmrəyliyin möhkəmləndirilməsinə öz töhfələrini verməlidirlər. Çıxışın sonunda Bəxtiyar Nəbiyev partiya üzvlərinin Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, qarşıya qoyulan vəzifələrin icrasında fəallıq göstərməyə və Azərbaycanın daha böyük uğurlar qazanması naminə səylə çalışmağa çağırıb.

Çıxış edən ərazi partiya təşkilatının üzvü, poliklinikanın həkimi Məftunə Hüseynova qeyd edibki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayındasəsləndirilən fikirlər ölkənin gələcək inkişafistiqamətlərinin müəyyənləşdirilməsi baxımındanmühüm əhəmiyyət daşıyır. O bildirib ki, Prezidentcənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənməqsədyönlü siyasət Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyə sistemində inkişafına mühümtöhfələr verir. Məftunə Hüseynova vurğulayıb ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərinkeyfiyyətinin yüksəldilməsi və müasir səhiyyəxidmətlərinin əlçatanlığının təmin edilməsi dövlətsiyasətinin vacib istiqamətlərindəndir. O, həkimlərinüzərinə düşən məsuliyyətdən danışaraq hər bir tibbişçisinin öz peşə borcunu vicdanla yerinə yetirməsininvə vətəndaşlara diqqətlə yanaşmasının vacibliyini qeydedib. Sonda Məftunə Hüseynova Yeni AzərbaycanPartiyasının VIII Qurultayında müəyyənləşdirilənhədəflərin həyata keçirilməsində həmrəyliyin, məsuliyyətli fəaliyyətin və dövlətçiliyə sədaqətinmühüm rol oynadığını vurğulayıb.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button