
19 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Rafiq Alıcanov 14” və “Rəsulzadə küçəsi 7” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 20 oktyabr “Zəngilan şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, Azərbaycan xalqının çoxəsrlik tarixində özünəməxsus yeri olan Zəngilan şəhəri milli yaddaşımızın, tarixi irsimizin və doğma torpaqlara bağlılığımızın rəmzlərindən biridir. Hər il 20 oktyabr tarixində qeyd olunan Zəngilan Şəhəri Günü xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin, xalqımızın sarsılmaz iradəsinin və dövlətimizin gücünün təcəssümüdür. Zəngilanın azadlığı yalnız bir şəhərin düşmən işğalından qurtuluşu deyil, həm də tarixi ədalətin bərpası, milli qürurun yüksəlişi və doğma yurda qayıdış ümidlərinin gerçəkləşməsi deməkdir.
Tədbirdə çıxış edən digər natiqlər – partiya fəalları Elxan Bayramov, Tofiq İsmayılov və Elşən Orucov bildiriblər ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbçilərimizin fədakarlığı və xalqımızın birliyi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Müzəffər Azərbaycan Ordusu oktyabrın 20-də Zəngilan şəhərini işğaldan azad etdi. Bu hadisə xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı və ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda mühüm tarixi hadisəyə çevrildi.






