GündəmSosial

“Kiçik Dəhnə” ərazi partiya təşkilatında iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 28 oktyabr 2026-cı il tarixində Kiçik Dəhnə kənd 2 nömrəli tam orta məktəbin akt zalında YAP Şəki rayon təşkilatının “Kiçik Dəhnə” ərazi partiya təşkilatının (ƏPT) iclası keçirilib.

İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının, kənd İƏD üzrə nümayəndəliyin, bələdiyyə və məktəb rəhbərliyi, ərazi partiya təşkilatının qeydiyyatında olan üzvlər və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, İƏD üzrə nümayəndə, ƏPT sədri Ayaz Əliyev, Kiçik Dəhnə kənd 2 nömrəli tam orta məktəbin direktoru Miçurin İsmayılov, məktəbin müəllimi Səxavət İbrahimov və Kiçik Dəhnə kənd 1 nömrəli tam orta məktəbin direktoru Tural Rüstəmov çıxış ediblər.
Çıxış edənlər Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr, partiyanın cəmiyyət həyatındakı rolu, qarşıda duran prioritet məsələlər və bu istiqamətdə yerli təşkilatların üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında formalaşaraq ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutduğu vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər, dövlətimizin güclənməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və ölkənin davamlı inkişafı istiqamətində həyata keçirilən siyasətin əhəmiyyəti qeyd olunub.
Həmçinin partiya üzvlərinin fəallığının artırılması, əhali ilə müntəzəm təmasların qurulması, gənclərin ictimai-siyasi proseslərdə iştirakının təşviqi və ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
İclasda YAP-ın VIII Qurultayında müəyyənləşdirilmiş hədəf və vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətli mövqeyinin, təşəbbüskarlığının və fəal iştirakının əhəmiyyəti vurğulanıb.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button