
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslıquruculuq işləri ölkəmizin iqtisadi və sosial inkişaf tarixində yeni mərhələninəsasını qoyur. Bu prosesdə Kəlbəcər rayonunun özünəməxsus yeri vardır. Zəngintəbii sərvətləri, əlverişli turizm imkanları, su ehtiyatları və geniş iqtisadi potensialıilə seçilən Kəlbəcər gələcəkdə Azərbaycanın mühüm inkişaf mərkəzlərindən birinəçevrilmək imkanlarına malikdir. Bu diyarın yenidən qurulması yalnız bir şəhərinabadlaşdırılması deyil, həm də uzun illər itirilmiş iqtisadi və sosial imkanlarınbərpasıdır.
Kəlbəcərin coğrafi mövqeyi və təbii xüsusiyyətləri burada müxtəlif iqtisadisahələrin inkişafı üçün geniş imkanlar yaradır. Mineral su ehtiyatları, dağ turizmi, ekoturizm, kənd təsərrüfatı və heyvandarlıq rayonun potensial istiqamətlərisırasındadır. Xüsusilə İstisu mineral suları və bölgənin möhtəşəm təbiəti turizmsektorunun inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, dağlıqərazilərdə müasir infrastrukturun yaradılması və nəqliyyat əlaqələriningenişləndirilməsi iqtisadi fəaliyyətin canlanmasına şərait yaradır.
Kəlbəcərin 2020-ci il noyabrın 25-də azad edilməsi bu potensialın reallaşdırılmasıüçün tarixi imkan yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi iləbölgədə həyata keçirilən layihələr dövlətimizin işğaldan azad edilmiş ərazilərinbərpasına verdiyi yüksək önəmi göstərir. Müasir yol infrastrukturu, elektriktəchizatı, rabitə sistemləri və digər mühüm layihələr Kəlbəcərin gələcək inkişafınaxidmət edir. Burada aparılan işlər Azərbaycanın iqtisadi gücünün, texnolojiimkanlarının və strateji planlaşdırma qabiliyyətinin göstəricisidir.
İnanırıq ki, yaxın illərdə Kəlbəcər öz təbii və iqtisadi imkanlarını daha genişşəkildə nümayiş etdirəcək, yeni iş yerləri yaradılacaq, turizm infrastrukturu inkişafedəcək və doğma sakinlərin yaşayış şəraiti daha da yaxşılaşacaq. Kəlbəcərindirçəlişi həm də Azərbaycanın bütün azad edilmiş ərazilərində həyata keçirilənBöyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Bu gün dağların qoynundayüksələn yeni tikililər, salınan yollar və qurulan infrastruktur gələcəyə inamınrəmzidir. Kəlbəcər yenidən öz şöhrətinə qovuşur və bu dirçəliş Azərbaycandövlətinin qətiyyətinin nəticəsidir.
Orxan Vəliyev,
YAP Xəzər rayon təşkilatının fəalı


