AnalitikaGündəmSiyasət

Kəlbəcərə qayıdış – Böyük qayıdışın mənəvi təntənəsi

Vətən anlayışı insanın doğulduğu evdən, uşaqlıq xatirələrindən, ata-babaocağından və mənsub olduğu torpaqdan başlayır. Kəlbəcər sakinləri üçün buanlayış uzun illər həsrətin, ayrılığın və səbrin sınağından keçdi. Onlar doğmayurdlarından uzaqda yaşasalar da, Kəlbəcəri heç zaman unutmadılar. Hər birailənin yaddaşında doğma kəndin bir küçəsi, bir bulağı, bir dağ yolu və yahəyətindəki ağac yaşayırdı. Bu xatirələr zaman keçdikcə daha da dərinləşir, torpağa qayıtmaq arzusu isə hər yeni nəsildə özünə yer tapırdı.

İllərlə davam edən məcburi köçkünlük həyatı kəlbəcərlilərin həyatında ağır izlərburaxdı. İnsanlar doğma evlərinin açarlarını, ailə albomlarını, qədim əşyalarını vəən əsası, yurdlarına olan bağlılıqlarını qoruyub saxladılar. Onlar övladlarınaKəlbəcərin gözəlliklərindən, dağlarından, yaylaqlarından və qədim adət-ənənələrindən danışaraq doğma torpaq sevgisini yaşatdılar. Beləliklə, Kəlbəcəryalnız xəritədəki bir rayon deyil, minlərlə insanın qəlbində yaşayan mənəvi ünvanoldu.

2020-ci il noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunması Böyük Qayıdışideyasının gerçəkləşməsi istiqamətində mühüm tarixi mərhələ təşkil etdi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyününbərpası yolunda əldə edilən bu nailiyyət xalqımızın birliyini və dövlətimizingücünü nümayiş etdirdi. Azadlıq xəbəri uzun illər doğma yurd həsrəti çəkəninsanların qəlbində yeni ümidlər yaratdı. Bu tarix kəlbəcərlilər üçün sadəcə təqvimgünü deyil, doğma ocaqlarına qayıdışın başlanğıcı kimi yadda qaldı.

Hazırda Kəlbəcərdə aparılan bərpa və yenidənqurma işləri bu qayıdışın realməzmununu təşkil edir. Yeni yolların çəkilməsi, yaşayış məntəqələrinin salınması, sosial obyektlərin yaradılması və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsigələcək məskunlaşmanın əsasını formalaşdırır. Böyük Qayıdış yalnız insanlarınfiziki olaraq öz evlərinə dönməsi deyil, həm də həyatın, ənənələrin, mədəniyyətinvə sosial münasibətlərin yenidən bərpasıdır. Kəlbəcər yenidən öz sakinləriningülüşü ilə canlandıqca, Azərbaycan xalqının qələbə salnaməsinə daha bir parlaqsəhifə yazılacaq.

Vüsal Rzayev,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button