
Azərbaycanın hər bölgəsi özünəməxsus gözəlliyi və tarixi ilə seçilir. LakinKəlbəcərin təbiətində və mənəvi dünyasında xüsusi bir əzəmət, insanı valeh edənbir doğmalıq var. Bu diyarın uca dağları, meşələri, çayları, mineral bulaqları vəzəngin təbii sərvətləri onun Azərbaycanın ən qiymətli guşələrindən biri olduğunugöstərir. Kəlbəcər yalnız gözəl təbiət mənzərələri ilə deyil, həm də qədim tarixi, mədəni irsi və zəhmətkeş insanları ilə tanınır. 25 Noyabr – Kəlbəcər Şəhəri Günübu zənginliyin yenidən azad Azərbaycan torpağında yaşamasının rəmzidir.
Kəlbəcərin uzun illər işğal altında qalması xalqımızın yaddaşında ağrılı bir tarixkimi qalıb. Doğma yurdlarından didərgin düşən insanların yaşadığı çətinliklər, illərlə davam edən ayrılıq və geri dönüş həsrəti hər bir azərbaycanlının qəlbindədərin iz buraxıb. Lakin xalqımızın Vətənə bağlılığı, dövlətimizin qətiyyətli siyasətivə ordumuzun qəhrəmanlığı nəticəsində bu həsrətə son qoyuldu. 2020-ci ilnoyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycan tarixinin ənəlamətdar hadisələrindən biri kimi yaddaşlara həkk olundu. Bu günün əhəmiyyətihəm də ondadır ki, o, xalqımızın birliyinin və sarsılmaz iradəsinin təntənəsini ifadəedir.
Kəlbəcərin azadlıqdan sonrakı inkişafı ölkəmizin qarşısında yeni imkanlar açıb. Xüsusilə bölgənin turizm potensialı, mineral su ehtiyatları və təbii sərvətlərigələcək iqtisadi inkişaf üçün böyük perspektivlər yaradır. Məşhur İstisu mineralbulaqları, dağ turizmi imkanları və ecoturizm üçün əlverişli təbiət şəraitiKəlbəcərin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edə bilər. Hazırda aparılanyenidənqurma işləri bu imkanların reallaşdırılmasına, bölgənin müasirinfrastrukturla təmin edilməsinə və yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlib.
Milli Aviasiya Akademiyasının tələbəsi və Xəzər rayonunun gənc fəalı kimidüşünürəm ki, gənclərimizin azad edilmiş ərazilərin tarixi, mədəniyyəti və inkişafıilə yaxından tanış olması xüsusi əhəmiyyət daşıyır. Biz gələcəkdə ölkəmizinmüxtəlif sahələrində fəaliyyət göstərərək bu böyük quruculuq prosesinə töhfəverməliyik. Kəlbəcər bizim üçün yalnız tarixi qələbənin deyil, həm də gələcəyəinamın, milli birliyin və Vətən sevgisinin simvoludur. Qoy bu diyarın dağlarındadaim firavanlıq, sülh və quruculuq sədaları eşidilsin.
Bakı Dövlət Universitetinin tələbəsi, Xəzər rayonunun gənc fəalı


