
Dövlətlərarası münasibətlərin möhkəmliyi yalnız siyasi və iqtisadi əlaqələrlə deyil, xalqlar arasında yaranan mənəvi yaxınlıq, mədəni mübadilə və humanitarəməkdaşlıqla da ölçülür. Azərbaycan və Vyetnam arasında uzun illər ərzindəformalaşmış dostluq münasibətləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinəverdiyi müsahibədə humanitar əlaqələrə geniş yer ayırması iki xalqın bir-birinidaha yaxından tanımasının və qarşılıqlı mədəni zənginləşməsinin vacibliyini birdaha nümayiş etdirmişdir.
Müsahibədə Heydər Əliyev Fondunun Vyetnamla humanitar əlaqələrininkişafındakı fəaliyyətinə xüsusi diqqət yetirilmişdir. Fondun müxtəlif sosial vətəhsil təşəbbüsləri, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisi iləbağlı layihəsi bu əməkdaşlığın konkret nümunələrindəndir. 2025-ci ildə HeydərƏliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri də humanitarmünasibətlərin genişləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Səfərçərçivəsində ölkə rəsmiləri, yaradıcı ziyalılar və Azərbaycanda təhsil almışvyetnamlı məzunlarla görüşlər keçirilmiş, Hanoy Ticarət və Turizm Kollecinəmaliyyə dəstəyi göstərilmişdir.
Humanitar əməkdaşlığın mühüm istiqamətlərindən biri də təhsil sahəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil almış və sonradan qazandıqları bilik vətəcrübəni öz ölkələrinin inkişafına yönəltmişlər. Bu tarixi fakt Azərbaycantəhsilinin beynəlxalq əlaqələrdəki rolunu və xalqlar arasında qurulan mənəvibağların uzunömürlülüyünü göstərir. 2025-ci ildə Azərbaycan Dövlət Neft vəSənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması da iki ölkənin dostluqtarixinin yaşadılması baxımından rəmzi əhəmiyyət daşıyır. Bundan əlavə, Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün yaradılmış təhsil qrantıimkanları vyetnamlı gənclərin də Azərbaycanla akademik əlaqələr qurmasınaşərait yaradır.
Azərbaycan və Vyetnam arasında humanitar münasibətlərin inkişafı xalqlarımızınbir-birinin tarixi, mədəniyyəti və ənənələri ilə daha yaxından tanış olmasına xidmətedir. Bu əlaqələrdə həyata keçirilən sosial layihələr, təhsil proqramları və qarşılıqlısəfərlər xüsusi yer tutur. Prezident İlham Əliyevin müsahibəsində səsləndirilənfikirlər göstərir ki, humanitar əməkdaşlıq iki ölkə arasındakı tərəfdaşlığın mühümvə davamlı istiqamətlərindən biridir. Xalqlar arasında qurulan dostluq körpülərigələcək nəsillərin də qarşılıqlı hörmət və anlaşma şəraitində əməkdaşlıq etməsinəimkan yaradır.
Sevinc Rzayeva,
YAP Xəzər rayon təşkilatının fəalı



