AnalitikaGündəmSiyasət

Mədəniyyət xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın ifadəsidir

Mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran, onların tarixi yaddaşını və mənəvidəyərlərini gələcək nəsillərə ötürən mühüm vasitədir. Azərbaycan və Vyetnamarasında mədəni əlaqələr uzun illər ərzində müxtəlif layihələr, yaradıcılıqtəşəbbüsləri və qarşılıqlı səfərlər vasitəsilə inkişaf etmişdir. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədəmədəni əməkdaşlığa xüsusi yer ayırması bu sahənin ikitərəfli münasibətlərdəkirolunu bir daha diqqətə çatdırmışdır.

Azərbaycan və Vyetnam arasında mədəni dialoqun tarixi nümunələrindən birigörkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin yaradıcılığı ilə bağlıdır. Bəstəkar1955-ci ildə ilk sovet-vyetnam sənədli filmi üçün “Vyetnam süitası” əsərinibəstələmişdir. Bu əsər Azərbaycan musiqi sənətinin Vyetnam mövzusu ilə bağlımühüm yaradıcılıq nümunələrindən biri kimi diqqət çəkir. Sonrakı illərdəkinorejissor Əjdər İbrahimovun Vyetnamda fəaliyyəti də mədəni əlaqələrininkişafına əhəmiyyətli töhfə vermişdir. O, 1959–1962-ci illərdə Vyetnamdayaşamış və çalışmış, yerli kino məktəbinin formalaşmasına, rejissor və aktyorlarınhazırlanmasına dəstək göstərmişdir.

Mədəni münasibətlərin müasir mərhələsində Azərbaycanda keçirilən VyetnamGünləri xüsusi yer tutur. Prezidentin müsahibəsində qeyd olunduğu kimi, 2026-cı ildə bu tədbir ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə etməklə daha genişmiqyasda təşkil edilmişdir. Dördüncü Vyetnam Günləri festivalının iki şəhərdəkeçirilməsi xalqlarımızın mədəniyyətinin qarşılıqlı tanıdılması baxımından mühümaddım olmuşdur. Bundan əlavə, tanınmış vyetnamlı şair Mai Van Phanın şeirlərtoplusunun Azərbaycanda nəşr edilməsi ədəbi əlaqələrin inkişafına töhfə verəntəşəbbüslərdəndir. Bu cür layihələr ədəbiyyatın və incəsənətin sərhədləri aşanbirləşdirici gücünü nümayiş etdirir.

Azərbaycan-Vyetnam mədəni əlaqələrinin inkişafı ortaq tarixi yaddaşın qorunmasıvə yeni yaradıcılıq körpülərinin qurulması baxımından əhəmiyyətlidir. Əjdərİbrahimovun “Vyetnamda gördüklərim” adlı kitabının vyetnam dilinə tərcüməolunması və 2026-cı ildə Hanoyda təqdim edilməsi də bu münasibətlərin ədəbimüstəvidə davam etdiyini göstərir. Prezident İlham Əliyevin müsahibəsindəvurğulanan mədəni təşəbbüslər iki xalq arasında qarşılıqlı anlaşmanıngüclənməsinə xidmət edir. Mədəniyyət vasitəsilə qurulan dostluq əlaqələriAzərbaycan və Vyetnam münasibətlərinin gələcək nəsillər üçün də yaşadılmasınaimkan yaradır.

Güləsər İbrahimova,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button