AnalitikaGündəmSiyasət

Əsrlərin Sınağından Çıxan Üçrəngli Bayraq

Azərbaycanın üçrəngli bayrağı xalqımızın əsrlər boyu yaşadığı tarixi taleyin, çətin sınaqların və qazanılan qələbələrin canlı şahididir. Zülmətlərə qarşı aparılan mübarizələrdə bu müqəddəs rəmz hər zaman xalqımıza mənəvi güc vermiş, onu sabaha bağlamışdır. Keçmişin qanlı-qadalı yollarından keçən bayrağımız bu gün azad səmalarda qürurla dalğalanaraq xalqımızın əyilməz iradəsini nümayiş etdirir.

Tarixin yaddaşında silinməz izlər qoyan bu müqəddəs dəyər həm də milli kimliyimizin başlanğıc nöqtəsidir. Əcdadlarımızın qanları vətən torpağına qarışarkən onların ürəyində məhz bu bayrağın ucalacağı arzusu yatırdı. Hər dəfə üçrəngli bayrağımıza baxdıqda keçmişin ağrı-acısı ilə qürurlu zəfər sevincinin bir arada yaşandığını hiss edirik.

Ziyalılarımızın qaranlıq dövrlərdə belə qoruyub saxladığı bu əmanət bu gün hər bir azərbaycanlının qürur mənbəyidir. O, təkcə bir dövlət atributu deyil, həm də xalqımızın bütövlüyünü təmin edən mənəvi körpüdür. Keçmişin dərslərini unutmadan bayrağımızı uca tutmaq bizim ən ali borcumuzdur.

Gələcək nəsillərə ötürəcəyimiz ən qiymətli miras məhz bu azadlıq rəmzidir. Üçrəngli bayrağımız əbədiyyətə qədər xalqımızın şərəfi və qüruru olaraq yaşayacaqdır. Onun dalğalandığı hər yer Azərbaycanın sarsılmaz suverenliyinin təminatıdır.

Elnarə Məmtiyeva,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 37” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button