Gündəm
Ermənistanın yeni ədliyyə naziri o oldu
Ermənistanda ədliyyə naziri vəzifəsinə təyinat olub.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müvafiq Qərarı ölkə Prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
Bu vəzifə Qriqor Minasyana həvalə olunub.
Qeyd edək ki, o, Karen Andreasyandan sonra nazirliyə müvəqqəti başçılıq edirdi. Bazar günü nazirin müavini vəzifəsindən azad olunmuşdu.
Minasyan Ermənistanın Vatikandakı eks-səfiri Mikael Minasyanın doğma qardaşıdır.