Gündəm
Ermənistan XİN-in mətbuat katibi istefa verdi
Ermənistanın XİN-in mətbuat katibi Vahan Unanyan istefa verib.
Aktualinfo.az xəbər verir ki, Unanyan bu barədə məlumatı öz feysbuk hesabında paylaşıb.
Onun sözlərinə görə, vəzifəsini öz istəyi əsasında tərk edib.
Unanyan, həmçinin qeyd edib ki, XİN-də işləməyə davam edəcək.
Onu bu vəzifədə Ani Badalyanın əvəz edəcəyi bildirilir.