Dünya

Ərdoğan yeni nazirlərlə Anıtqəbirdə

Türkiyədə bu gün Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası baş tutacaq.

Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasdan öncə Prezident Rəcəb Tayyib Ərdoğan yeni nazirlərlə Anıtqəbirə gələrək Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün movzoleyini ziyarət ediblər.

Qeyd edək ki, iclasda terrorla mübarizə və iqtisadi məsələlər kimi bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, Türkiyədə Yılmaz Tunç ədliyyə, Mahinur Özdemir Göktaş ailə və sosial xidmətlər, Vedat İşıkhan əmək və sosial müdafiə, Mehmet Özhaseki şəhərləşmə və iqlim dəyişikliyi, Hakan Fidan xarici işlər, Alparslan Bayraktar energetika və təbii sərvətlər, Osman Aşkın Bak gənclik və idman, Mehmet Şimşək xəzinə və maliyyə, Ali Yerlikaya daxili işlər, Mehmet Nuri Ersoy mədəniyyət və turizm, Yusuf Tekin milli təhsil, Yaşar Güler milli müdafiə, Fəxrəddin Qoca səhiyyə, Mehmet Fatih Kacır sənaye və texnologiya, İbrahim Yumaklı kənd təsərrüfatı və meşə, Ömər Bolat ticarət, Abdulkadir Uraloğlu nəqliyyat və infrastruktur naziri vəzifələrinə təyin olunublar. Yeni hökumətdə vitse-prezident vəzifəsini isə Cevdet Yılmaz tutub.

Oxşar Xəbərlər

Back to top button