Dövlət Suverenliyi Günü Azərbaycanın əbədi yaşayacağının parlaq rəmzidir

20 sentyabr – Azərbaycanın çoxəsrlik dövlətçiliksalnaməsində mühüm mərhələ, ölkənin bütünərazisində qanunun, ədalətin və hüququn tam bərqərarolduğu tarixi gündür. Azərbaycan RespublikasınınPrezidentinin müvafiq Fərmanı ilə təsis edilən buəlamətdar gün, xalqımızın azadlıq mübarizəsinin, sarsılmaz iradəsinin və ərazi bütövlüyü uğrundaapardığı müqəddəs mübarizənin məntiqi zirvəsidir.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanuzun illər ərzində hərbi təcavüz, torpaqlarının işğalı vəseparatizm problemləri ilə üz-üzə qalmışdı. Ölkənintəxminən 20 faiz ərazisinin işğal altında olması dövlətsuverenliyinin tam tətbiqinə imkan vermirdi.
2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə işğala son qoyulsa da, Qarabağ bölgəsində qanunsuzmövcudluğunu saxlayan separatçı rejim suverenliküçün böyük təhdid təşkil edirdi. 2023-cü il sentyabrın19-da həyata keçirilən və cəmi 24 saat ərzində uğurlayekunlaşan lokal xarakterli antiterror tədbirlərinəticəsində separatçı hərbi birləşmələr tam tərk-silahedildi və ləğv olundu. Ölkənin hər bir nöqtəsindəAzərbaycan Respublikasının Konstitusiyasının vəqanunlarının aliliyi təmin edildi. Azərbaycan öz hüquqivə siyasi suverenliyini tam bərpa etdi.
Dövlət Suverenliyi Günü sadəce bir təqvim tarixi deyil, müasir Azərbaycan dövlətçiliyinin sütunlarını təşkiledən fundamental dəyərlərin təzahürüdür. Bu tarixxalq-iqtidar-ordu birliyinin, Silahlı Qüvvələrimizinpeşəkarlığının və qəhrəmanlığının təntənəsidir.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə vəbeynəlxalq hüquq normalarına əsaslanaraq öz suverenərazisində qayda-qanunu tam bərpa edən Azərbaycan, regionda dayanıqlı sülhün və təhlükəsizliyin əsaszəmanətçisinə çevrilmişdir. Suverenlik günü Vətəntorpaqlarının azadlığı və bütövlüyü uğrunda canındankeçmiş şəhidlərimizin müqəddəs ruhuna olan ən aliehtiramın ifadəsidir.
Bu gün Azərbaycan Respublikasının dövlət bayrağıXankəndidə, Xocalıda, Şuşada, Laçında, Kəlbəcərdəvə azad olunmuş bütün digər şəhər və kəndlərimizdəqürurla dalğalanır. Suverenliyin tam bərqərar olunmasıazad edilmiş torpaqlarda “Böyük Qayıdış” proqramınıntam miqyasda reallaşdırılmasına, infrastrukturunqurulmasına və dinc həyatın bərpasına geniş imkanlaraçmışdır.
20 Sentyabr – Dövlət Suverenliyi Günü hər birAzərbaycan vətəndaşı üçün müstəqil, qüdrətli vəbölünməz Azərbaycanın əbədi yaşayacağının parlaqrəmzidir.
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatınınsədri



