
Bakıda keçirilən mühüm görüş Türk DövlətləriTəşkilatının təhlükəsizlik məsələlərindəəməkdaşlığının yeni mərhələyə yüksəldiyini nümayişetdirdi. Prezident İlham Əliyevin Türk DövlətləriTəşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbərşəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər türkdünyasının qarşısında dayanan çağırışların mahiyyətinivə onların qarşısında birgə fəaliyyətin əhəmiyyətiniaydın şəkildə ortaya qoydu. Dövlət başçısı qeyd etdi ki, ümumi etnik köklər, dil, mədəniyyət və tarixi yaxınlıqTürk Dövlətləri Təşkilatını möhkəmləndirən mühümamillərdir. Bu mənəvi birlik yalnız keçmişin yadigarıdeyil, həm də gələcəyə uzanan möhkəm körpüdür. Bugün türk dövlətlərini bir araya gətirən bağlar siyasi vəiqtisadi münasibətlərlə yanaşı, xalqların qəlbindəyaşayan doğmalıq hissindən güc alır.
Müasir dünyanın mürəkkəb və sürətlə dəyişənmənzərəsində sabitlik və təhlükəsizlik hər bir dövlətindavamlı inkişafının əsas şərtlərindən birinə çevrilib. Prezident İlham Əliyevin çıxışında məhz bu həqiqətxüsusi vurğu ilə diqqətə çatdırıldı. Azərbaycanın vədigər türk dövlətlərinin öz ərazilərində sabitliyiqoruması onların inkişafı üçün mühüm zəmin yaradır. Dövlət başçısının qeyd etdiyi kimi, təhlükəsizlikolmadan iqtisadi inkişaf, investisiya, texnologiya vəinnovasiyaların cəlb edilməsi də mümkün deyil. Bunagörə də təhlükəsizlik məsələlərində təcrübə vəməlumat mübadiləsinin aparılması, zəif nöqtələrinmüəyyənləşdirilməsi, yeni təhdidlərin qarşısınınalınması Türk Dövlətləri Təşkilatının qarşısında duranmühüm vəzifələrdəndir.
Bu baxımdan Bakıda keçirilən görüş yalnız ayrı-ayrıtəhlükəsizlik qurumlarının toplantısı deyil, həm dəortaq gələcəyə məsuliyyətli yanaşmanın ifadəsidir. Terrorçuluq, ekstremizm, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, kiberməkanda vəinformasiya sahəsində yaranan təhdidlər sərhəd tanımırvə onların qarşısının alınması qarşılıqlı əməkdaşlıqtələb edir. Azərbaycan Prezidentinin çıxışında ifadəolunan fikirlər türk dövlətlərinin təhlükəsizliksahəsində həmrəyliyinin möhkəmləndirilməsininəhəmiyyətini bir daha göstərdi. Tarixin müxtəlifsınaqlarından keçərək bu gün yeni yüksəlişmərhələsinə qədəm qoyan türk dünyası öz birliyini, qarşılıqlı etimadını və təhlükəsizliyə dair ortaqməsuliyyətini daha da gücləndirir.
Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



