GündəmSosial

“Dəyirmanarxı” ərazi partiya təşkilatında iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 28 oktyabr 2026-cı il tarixində Şəki şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında YAP Şəki rayon təşkilatının “Dəyirmanarxı” ərazi partiya təşkilatının (ƏPT) iclası keçirilib.

İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və məktəbin rəhbərliyi, müəllimlər, ərazi partiya təşkilatının qeydiyyatında olan üzvlər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev, məktəbin direktoru Filyar İbrahimova, Qurultay nümayəndəsi, Şəki Ağsaqqallar Şurasının sədr müavini, “Dəyirmanarxı” ƏPT-nın sədri Elxan Abdullayev, məktəbin Tarix müəllimi Gültəkin Qasımova, Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu Məmmədova və Coğrafiya müəllimi Şəbnəm İmamverdiyeva çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin qorunması və davam etdirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, dövlətimizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və milli maraqların təmin olunması istiqamətində həyata keçirilən siyasət barədə ətraflı bəhs olunub.
Bildirilib ki, YAP-ın VIII Qurultayında səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilati işlərin təkmilləşdirilməsi, partiya üzvlərinin fəallığının artırılması və cəmiyyətlə əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxış edənlər partiya üzvlərinin üzərinə düşən vəzifələrdən, dövlətçilik ənənələrinin qorunmasının, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərin yaşadılmasının və cəmiyyətin inkişafına töhfə verilməsinin vacibliyindən danışıblar. Həmçinin partiyanın yerli təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması, üzvlər arasında həmrəyliyin möhkəmləndirilməsi və qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəf və vəzifələrin yerli təşkilatlar səviyyəsində həyata keçirilməsi, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və təşkilati işlərin daha da gücləndirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Oxşar Xəbərlər

Back to top button