Dünya

Çavuşoğlu postunu təhvil verdi

Türkiyənin sabiq XİN rəhbəri Mövlud Çavuşoğlu öz postunu yeni nazir Hakan Fidana təhvil verib.

Aktualinfo.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. 

“2014-cü il avqustun 24-ü icra etməyə başladığım vəzifəm ərzində böyük bir şərəflə çalışdım. İndi bayrağı təhvil vermək növbəsi mənə çatdı. 8 il ərzində daşıdığım Xarici İşlər Nazirliyi bayrağını dəyərli qardaşım Hakan Fidana təhvil verirəm”, – deyə Çavuşoğlu mərasim zamanı qeyd edib.

Həmçinin mərasimdə çıxış edən Hakan Fidan ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib: “Milli Kəşfiyyat Təşkilatında (MİT) 13 il davam edən və ciddi məsuliyyət tələb edən vəzifəmin ardından, eyni dərəcədə məsuliyyət tələb edən XİN-ə rəhbər təyin olunmağım səbəbi ilə mənə göstərilən etimada görə cənab Prezidentimizə təşəkkür edirəm”.

Xatırladaq ki, 55 yaşlı Çavuşoğlu fəaliyyətini millət vəkili olaraq davam etdirəcək.

Qeyd edək ki, Türkiyədə yeni Nazirlər Kabinetində yer alan nazirlər bu gün təhvil-təslim mərasimlərini başa çatdıracaqlar. İyunun 4-ü 8 nazirin təhvil-təslim mərasimi baş tutub. Bu gün isə 7 nazir öz postunu təhvil verəcək. 

Oxşar Xəbərlər

Back to top button