Gündəm

“Bu hücumu tördənlər ən sərt şəkildə cəzalandırılmalıdır”

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı barədə paylaşım edib.

Aktualinfo.az xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan Respublikasının İrandakı səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik. Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk. Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır”.

Oxşar Xəbərlər

Back to top button