
Məlum olduğu kimi, iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Əlbəttə ki, 50 ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb. Forum çərçivəsində mühüm qlobal mövzularda keçirilmiş panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertlərinin ətraflı fikir və təcrübə mübadiləsi aparıblar. Bu mənada Şuşa Qlobal Media Forumu planetar yalan şəbəkəsinin ifşası və həqiqətlərin çatdırılması baxımdan mühüm platforma kimi tarixi düşüb.
Şuşa Qlobal Media Forumu həm də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə aydın təsəvvürün formalaşdırılması baxımdan da əhəmiyyətli olub.
Yalan məlumatların ifşası “Dezinformasiyaya qarşı mübarizə” Azərbaycan dövlətin əsas prensiplərindən biridir. Azərbaycan dövlətinin ən başlıca məqsədi inforimasiyanın dəqiq həqiqətlərə və faktlar əsaslanmasıdır. Təssüf ki, Azərbaycan dünyada ermənilərin və onların ölkəmizə qarşı apardıqları dezinformasiyadan və yalan məlumatlardan ən çox əziyyət çəkən ölkədir. Ermənistanı ittiham etmək əvəzinə, Azərbaycanı təqsirkar çıxarmağa çalışırdılar. Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur-faktlar monipulyasiya olunur və qərəzli mövqe sərgilənir. Onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər.
Həqiqətlər də odur ki, biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq”. Bu gün Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Möhtərəm prezident Ali Baş Komandan İlham Əliyev, bildirdi ki, biz Azərbaycanın yüksək liqaya daxil olması üçün çalışırıq. “Bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür. Ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək”. Dövlətimizin başçısının bu sözləri qlobal mediaforuma öz möhürünü vurdu. Bu hədəf istiqamətində göstərilən səylər Azərbaycanın dünya çapında nüfuzunu artırır. Biz artıq bunun bəhrəsini görürük. Bəli, Azərbaycanın geosiyasi rolu artıq önəmli dərəcədə artıb və bundan sonra da artmağa davam edəcək.
Kərimov Qara,
YAP-ın gənc fəalı