Gündəm
BQXK Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçilərinə baş çəkib
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri avqustun 7-si Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlara telefon və Qızıl Xaç Məktubları vasitəsilə ailələri ilə əlaqə yaratmaq imkanı verilib: “Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”.