Analitika

Biz şəhidlərimizin qəhrəmanlığını heç vaxt unutmayacağıq

Azərbaycanda gənclər siyasəti dövət siyasətinin proritet istiqamətlərindən biridir. Ölkəmizdə gənclərin vətənpərvərlik ruhda tərbiyə edilməsi, yenilikçi ideyalarının həyata keçirilməsi, ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində bütün imkanlar yaradılıb. Azərbaycan bayrağının yüksəldilməsinin, himninin səsləndirilməsinin Azərbaycan gəncliyi üçün əsas hədəfə çevrilməsinin təməlində Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən müəyyənləşdirdiyi strategiya dayanır.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə keçirilən forumlarda fəal iştirakı bir daha bu həqiqəti ortaya qoyur ki, hər bir vətənpərvər, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy göstərir. Birlik, həmrəylik hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir. 44 günlük İkinci  Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz dünya səs saldı.  Mübaligəsiz deyə bilərik ki, müzəffər ordumuzun əfsanəvi qəhrəmanlığı və modern döyüş bacarığını nümayiş etdirməsi bütün dünyada heyrətlə qarşılandı.Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpağımızı işğalçılardan azad etdi. Belə vətənpərvər, qəhrəman və professional gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu məsələyə toxunaraq münasibət bildirib: “Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər”

Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button