GündəmSosial

“Baş Zəyzid” ərazi partiya təşkilatında iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 27 oktyabr 2026-cı il tarixində Baş Zəyzid kənd tam orta məktəbin akt zalında YAP Şəki rayon təşkilatının “Baş Zəyzid” ərazi partiya təşkilatının (ƏPT) iclası keçirilib.

İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının, kənd İƏD üzrə nümayəndəliyin, bələdiyyənin, məktəb və uşaq bağçasının rəhbərliyi, əməkdaşları, ƏPT-nın qeydiyyatında olan partiya üzvləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, kənd İƏD üzrə nümayəndə, ƏPT sədri Məmməd Həmzətov, Qurultay nümayəndəsi, “Dördyol” ƏPT-nın sədri Niymət Yusibov, məktəbin direktoru Çinarə Qurbanova, “Orta Zəyzid” ƏPT-nın sədri Arif Əzimov, “Baş Zəyzid” ƏPT-nın sədr müavini Ərəstun Nurməmmədov çıxış ediblər.
Çıxış edənlər YAP-ın VIII Qurultayının tarixi əhəmiyyətindən, Partiya Sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqində müəyyənləşdirilən prioritet istiqamətlərdən bəhs ediblər. Həmçinin ideoloji təhlükəsizliyin qorunması sahəsində qarşıda duran vəzifələr, ərazidə təbliğat və maarifləndirmə işinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, dövlətimizin və partiyamızın fəaliyyətinə xələl gətirməyə çalışan qüvvələrə qarşı ayıq-sayıq olmaq, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək milli maraqların qorunmasına töhfə vermək hər bir partiya üzvünün mühüm vəzifəsidir.
Partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, ərazi partiya təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi, dövlət siyasətinin əsas istiqamətlərinin təşviqi və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılması məsələləri diqqətə çatdırılıb.

Oxşar Xəbərlər

Back to top button