Gündəm
Baş Prokurorluq 4 nəfərin öldüyü hadisənin ilkin səbəbini açıqladı
Baş Prokurorluq Bakıda 4 nəfərin öldüyü hadisənin ilkin səbəbini açıqlayıb.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir:
“Araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib. İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib”.