
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 30 oktyabr 2026-cı il tarixində Baş Göynük kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında YAP Şəki rayon təşkilatının “Baş Göynük” ərazi partiya təşkilatının (ƏPT) iclası keçirilib.
İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının, kənd İƏD üzrə nümayəndəliyin, bələdiyyənin, məktəbin, uşaq bağçasının rəhbərliyi, müəllimlər, ərazi partiya təşkilatının qeydiyyatında olan üzvlər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd İƏD üzrə nümayəndəsi Məmmədəli İmamov, ƏPT sədri Əliheydər Mahmudov, 1 nömrəli məktəbin direktoru Sadəddin İbrahimov, 2 nömrəli məktəbin direktoru Mehriban Abdulmənəfova, kənd Ağsaqqallar şurasının sədri Zaman Əhmədov, 1 nömrəli məktəbin müəllimi Kərim Əhmədov çıxış ediblər.
Çıxışlarda YAP-ın VIII Qurultayının ölkənin siyasi və ictimai həyatında mühüm əhəmiyyəti, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri, ölkəmizdə dayanıqlı və davamlı inkişafın təmin olunması, Ermənistanla sülh prosesinin perspektivləri, milli təhlükəsizlik və ideoloji sabitliyin qorunması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə, ölkənin iqtisadi və siyasi qüdrətinin artmasına, milli maraqların etibarlı şəkildə qorunmasına xidmət edir.
İclasda, həmçinin partiya üzvlərinin üzərinə düşən vəzifələr, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində görüləcək işlər müzakirə olunub.
Sonda partiya üzvlərini maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.












