Gündəm

“Azərsu” ASC içməli suyun qiymətinin artırılması ilə bağlı təşəbbüslə çıxış etmək istəyir

İçməli suyun qiymətinin gələcəkdə artırılması üçün “Azərsu” ASC təşəbbüslə çıxış etmək istəyir.

Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, suyun maya dəyərinin aşağı olması cəmiyyətin rentabelli işləməsinə mane olur. Həmçinin digər su təchizatı sistemlərinin yenidən qurulması dövlət büdcəsinə yönəlir: “Tariflər dünyanın inkişaf eləmiş ölkərərinin tariflərinə uyğun olarsa, cəmiyyət rentabelli işləyər və öz gəlirini mərkəzləşmiş su təchizatı sistemi olmayan yerlərdə əhalinin təminatına yönəldə bilər”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button