AnalitikaGündəm

Azərbaycanın geosiyasi rolu artıq önəmli dərəcədə artıb və bundan sonra da artmağa davam edəcək

Torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükə görmürük. Daxildə hər hansı təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. “Unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi.İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər.

Kifayət qədər media mənsubunun Azərbaycana toplaşmasını dünyanın media və siyasi məkanında əsl hadisə hesab etsək, heç də yanılmarıq. Bu, bir həqiqətdir ki, forumda iştirak edən jurnalistlər Qarabağın “çox gözəl, səfalı təbiəti, möhtəşəm tunelləri” ilə yanaşı, Ermənistan ordusunun 30 illik işğal dövründə törətdikləri vandalizmi də görüblər, bu gün Qarabağda gedən bərpa, abadlıq, quruculuq işləri ilə də tanış olub müqayisə aparmaq imkanı əldə ediblər.Qarabağın bugünkü mənzərəsi torpağın əsl sahibinin kim olduğunu gələn qonaqlara özü diktə etdi.

Yalan məlumatların ifşası  Dezinformasiyaya qarşı mübarizə” Azərbaycan dövlətin əsas prensiplərindən biridir.Azərbaycan dövlətinin ən başlıca məqsədi inforimasiyanın dəqiq həqiqətlərə və faktlar əsaslanmasıdır.Təssüf ki, Azərbaycan  dünyada ermənilərin və onların ölkəmizə qarşı apardıqları dezinformasiyadan və yalan məlumatlardan ən çox əziyyət çəkən ölkədir.Ermənistanı ittiham etmək əvəzinə, Azərbaycanı təqsirkar çıxarmağa çalışırdılar.Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur-faktlar monipulyasiya olunur və qərəzli mövqe sərgilənir.Onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər.

Həqiqətlər də odur ki, biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq”.Bu gün Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

Möhtərəm prezident Ali Baş Komandan İlham Əliyev, bildirdi ki, biz Azərbaycanın yüksək liqaya daxil olması üçün çalışırıq. “Bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür. Ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək”. Dövlətimizin başçısının bu sözləri qlobal mediaforuma öz möhürünü vurdu. Bu hədəf istiqamətində göstərilən səylər Azərbaycanın dünya çapında nüfuzunu artırır. Biz artıq bunun bəhrəsini görürük. Bəli, Azərbaycanın geosiyasi rolu artıq önəmli dərəcədə artıb və bundan sonra da artmağa davam edəcək.

Əliyev Ramin,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button