
Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olmaq hər bir dövlət üçün mühüm üstünlük hesab olunur. Azərbaycan son illərdə həyata keçirdiyi ardıcıl daxili və xarici siyasət nəticəsində bu statusu qazanan ölkələrdən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət ölkəmizin beynəlxalq nüfuzunu davamlı şəkildə artırır.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı keçirilən görüşlər və aparılan müzakirələr bunu bir daha təsdiqlədi. Siyasi dialoqun genişlənməsi, iqtisadi əməkdaşlığın inkişafı, enerji təhlükəsizliyi və yaşıl enerji sahəsində həyata keçirilən birgə layihələr Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin strateji xarakter daşıdığını göstərir.
Azərbaycan beynəlxalq öhdəliklərinə daim sadiq qalaraq tərəfdaşları ilə qarşılıqlı etimada əsaslanan münasibətlər qurur. Enerji sahəsində əldə olunan uğurlar, Cənub Qaz Dəhlizinin uğurla fəaliyyəti və bərpaolunan enerji layihələrinin genişləndirilməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Bununla yanaşı, Azərbaycan nəqliyyat-logistika sahəsində də mühüm təşəbbüslərlə çıxış edir. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına verilən töhfə ölkəmizin qlobal iqtisadi əlaqələrdə rolunu artırır. Müasir infrastruktur layihələri beynəlxalq ticarətin genişlənməsinə və region ölkələri arasında əməkdaşlığın güclənməsinə xidmət edir.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün güclü iqtisadiyyata, müstəqil xarici siyasətə və yüksək beynəlxalq nüfuza malik dövlətdir. Qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq ölkəmizin gələcək inkişafının və beynəlxalq uğurlarının əsas təminatlarından biri olaraq qalır.
Eyyub Cumayev,
YAP Nizami rayon təşkilatının fəalı



