Analitika

Azərbaycanın böyük enerji layihələri yaxın gələcəkdə bir sıra perspektivlər vəd edir

Almaniya Cənubi Qafqazda Azərbaycanı əsas tərəfdaş kimi görür və regionla bağlı siyasətini genişləndirmək imkanını nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri də bunu bir daha sübut etdi.Əvvəllər Cənubi Qafqaz regionunda fəal olmayan və bu regionla bağlı siyasətini Rusiyanın üzərindən həyata keçirən Almaniya Avropanın və dünyanın aparıcı ölkələrindən biri kimi bu siyasətini yenidən nəzərdən keçirir və Azərbaycanı ciddi, vacib tərəfdaş kimi qiymətləndirir.Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşlərdə də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Olaf Şoltsun mövqeyində Almaniya dövlət başçısı ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha vurğulayıb və tezliklə Brüsseldə İlham Əliyevin Almaniyaya işgüzar səfəri iqtisadi əlaqələrin genişləndirilməsi baxımından  xüsusi önəm kəsb edir.

Azərbaycanın Aİ və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolu ciddi şəkildə artır. Cənub Qaz Dəhlizinin reallaşması və gələcəkdə bir çox ölkələrin təbii qazının Avropaya nəqli dövründə Azərbaycanın tranzit ölkə rolunu oynayacağı bu ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində geostrateji əsas ölkə mövqeyini sübut edir.

Digər sahələrdə olduğu kimi, enerji sektorunda da işlər planlı şəkildə həyata keçirilir. Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Ölkə Prezidenti çıxışlarında daim bildirir ki, bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində   hamımız tərəfdaşlarımızla iştirak edəcəyik. Neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı  dünya miqyasında  çox önəmli  enerji hasilatçısı  kimi ciddi ölkəyə çevirib. Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olmasına, eyni zamanda, «Əsrin müqaviləsi»ndən ötən dövr ərzində  uğurlarımıza və Cənub Qaz Dəhlizinin əhəmiyyətinə işıq salan çox sayda fikirləri qeyd edə bilərik. Ümumi rəy bundan ibarətdir ki, Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir.

Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransında Prezident bu fikirləri bildirmişdir. “Bu istiqamətdə çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.

Bəkirli Mürsəl,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button