
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda çıxışı, Azərbaycanın beynəlxalq enerji siyasətindəki mövqeyini və bu sahədəki strateji əhəmiyyətini bir daha vurğuladı. Bu çıxışda Prezident İlham Əliyev, Azərbaycanın enerji sektorunda əldə etdiyi nailiyyətlər, Avropa ilə enerji əməkdaşlığı və gələcək perspektivlər barədə mühüm məsələlərə toxundu.
Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasına təsir edən mühüm amillərdən biri onun enerji sektorundakı roludur. Avropa Komissiyasının Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümumi Avropa qaz təchizatçısı adlandırması bu rolu daha da vurğulayır.
Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir və bu ehtiyatların çıxarılması və ixracı ölkənin iqtisadi inkişafına və beynəlxalq mövqeyinin güclənməsinə böyük təsir göstərir. Ölkənin enerji resursları Avropa üçün strateji əhəmiyyət kəsb edir, çünki Azərbaycan həm təbii qaz, həm də neft ixracatçısı olaraq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım edir. Xüsusilə Cənub Qaz Dəhlizi kimi layihələr, Avropanın enerji mənbələrini diversifikasiya etməsi və Rusiya enerjisindən asılılığını azaltması baxımından vacibdir.
Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətlər və Avropa ilə qurduğu əməkdaşlıq, ölkənin beynəlxalq arenada daha nüfuzlu və etibarlı tərəfdaş kimi tanınmasına səbəb olur. Bu əməkdaşlıq, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyini gücləndirir və ölkənin beynəlxalq təsir gücünü artırır.
Prezident İlham Əliyev, Azərbaycanın Avropa ilə enerji sahəsində əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd etdi. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatdırılması və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulandı. Bu layihə, Azərbaycan qazının Gürcüstan və Türkiyə üzərindən Avropaya nəqlini təmin edərək, Avropanın enerji mənbələrini diversifikasiya etməsi baxımından mühüm rol oynayır. Azərbaycanın Avropa enerji bazarlarında etibarlı tərəfdaş kimi tanındığını və ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığını bildirdi. Azərbaycan enerji resurslarının dayanıqlı və etibarlı şəkildə təchizatını təmin edir və bu istiqamətdə ardıcıl səylər göstərir.
Çıxış zamanı Prezident İlham Əliyev həmçinin Azərbaycanın yeni enerji layihələri üzərində işlədiyini və bu layihələrin Avropa ilə əməkdaşlığı daha da möhkəmləndirəcəyini bildirdi. Xüsusilə bərpa olunan enerji mənbələrinə (külək, günəş) və hidrogen enerjisinə yatırımların artırılması planlaşdırılır.
Azərbaycanın regional əməkdaşlığa böyük önəm verdiyini və qonşu ölkələrlə enerji sahəsində sıx əlaqələr qurduğunu qeyd edən Prezident bu əməkdaşlıq, enerji təhlükəsizliyinin və dayanıqlı inkişafın təmin olunmasında vacibliyini də vurğuladı.
Azərbaycanın enerji sektorunda innovasiya və texnoloji inkişafın təşviq edilməsi məqsədilə xarici investisiyaların cəlb olunması və müasir texnologiyaların tətbiqi də çıxışda vurğulandı. Bu, Azərbaycanın enerji sektorunda rəqabət qabiliyyətini artırır və beynəlxalq səviyyədə mövqeyini gücləndirir.
Prezident İlham Əliyev, Azərbaycanın enerji siyasətində gələcək perspektivlərə dair də mühüm məqamları qeyd etdi. Ölkə, enerji resurslarının şaxələndirilməsi və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaq. Avropa ilə əməkdaşlığın gücləndirilməsi və yeni enerji layihələrinin həyata keçirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq.
Prezident İlham Əliyevin Oksfordda keçirilən bu zirvə toplantısında çıxışı, Azərbaycanın enerji siyasətindəki uğurlarını və Avropa ilə strateji əməkdaşlığını bir daha təsdiq etdi. Bu çıxış, Azərbaycanın beynəlxalq enerji arenada güclü mövqeyə malik olduğunu və gələcəkdə də bu mövqeyi qoruyacağını göstərir.
Osmanova Məlahət,
Xəzər rayonu, 92№ li tam orta məktəbin müəllimi