AnalitikaGündəm

Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amil

Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Azərbaycan qədim neft diyarı olaraq artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı kimi də təsdiq edib. İxracın mənbəyi əsasən “Şahdəniz” olsa da, hazırda işlənən digər yataqların da yaxın illərdə istismara daxil ediləcəyi bu sahədə ölkəmizin qarşısında yeni perspektivlər açır. Azərbaycan qazının bu gününə və sabahına maraq böyükdür.

Təsadüfi deyil ki, cari il aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevə həmçinin bu mövzu ilə bağlı bir sıra suallar ünvanlandırılıb. Dövlət başçısı qaz məsələsinə dair mövqeyimizi ifadə edərək deyib: “Biz bütün öhdəliklərimizi yerinə yetirmişik. İstehlakçılarla imzalanan müqavilələr üzrə işlər yüz faiz yerinə yetirilir. Bu gün Azərbaycan qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur. Keçən il İtaliya Türkiyə ilə birlikdə Azərbaycan qazını ən böyük həcmdə alan ölkə olub. Ölkəmiz regional enerji və nəqliyyat layihələrinin müəllifi olaraq artıq Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rol oynayıb. Bu da o öz növbəsində geniş Avropa əməkdaşlığı üçün təməl olub. Məsələn, əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verilməsəydi, bu gün Avropanın enerji təhlükəsizliyi qat-qat zəif olardı. Hazırda Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, biz bunu nəzərə almalıyıq. Lakin, eyni zamanda, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Bu fikirləri Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.

Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair fikirlərini paylaşan dövlətimizin başçısı deyib: “Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarlarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik. Bu məsələləri biz gələn illərdə planlaşdırmırdıq, çünki Cənub Qaz Dəhlizi, artıq söylədiyim kimi, üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemidir. Onun sonuncu hissəsi – Trans-Adriatik boru kəmərinin buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. İndi isə biz onun genişləndirilməsi haqqında düşünürük, çünki buna ehtiyac var”.

Sonda Prezident İlham Əliyev bildirmişdir ki, buna çoxlu vaxt və çoxlu maliyyə vəsaitləri, o cümlədən sıx əlaqələndirmə, əməkdaşlıq və bütün iştirakçı ölkələrlə fəal dialoqların olması tələb olunur. Bunun üçün də Azərbaycan bütün görüləcək işlərə tam hazırdır.

25 may 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak etmişdir. Ölkəmizin başçısı tədbirdə çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu neft strategiyası və həmin il imzalanmış “Əsrin müqaviləsi”ni yada saldı.

Cənab Prezident İlham Əliyev 1994-cü ilin Azərbaycanın siyasi və iqtisadi cəhətdən çətin mərhələlərindən olduğunu xatırladaraq bildirdi ki, bu ildə atəşkəs imzalanması ilə Birinci Qarabağ müharibəsi başa çatdı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. Yeni müstəqilliyini əldə etmiş, əraziləri işğal olunmuş, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması yaşaması dövlətin iqtisadiyyatını yenidən dirçəltməkdə çətinlik yaradırdı. Belə bir vəziyyətdə əölkəyə sərmayə qoymağa ehtiyyatla yanaşılırdı. Həmin dövrlərdə ölkənin neft kəmərlərinin və infrastrukturun olmaması, mülki infrastruktur da geridə qalmasını diqqətə çatdıran cənab Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin imzalanması yeganə çıxış yolu olduğunu bildirdi

Məhz ilk dəfə 1994-cü ildə Xəzər neft-qaz sərgisinin keçirilməsilə Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim edilirdi. Cənab Prezident İlham Əliyev 30 il ərzində ABŞ və Böyük Britaniya ilə yaranmış enerji sahəsində uğurlu əməkdaşlığı yüksək qiymətləndirərək artıq Azərbaycanın istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şəraiti təmin etdiyini bildirdi. Yaşadığımız dövrdə enerji təhlükəsizliyinin milli təhlükəsizliyə və hətta milli təhlükəsizlik gündəliyində mühüm yer tutduğunu diqqətə çatdırdı.

Ölkəmizin başçısı ötən ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığına dair Anlaşma Memorandumun imzalandığını yada saldı. Azərbaycan Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvü olduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizini “birgə tarixi nailiyyət” kimi qiymətləndirdi.

Artıq 28 ildir neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm platformaya çevrilən “Caspian Oil Gas” Sərgisi hər il tədbirdə bir çox ölkələrdən olan şirkətlərin, yüksək səviyyəli qonaqların, dövlət xadimlərinin və beynəlxalq enerji ekspertlərinin Bakıya toplaması və ən əsası Ölkəmizin başçısının açılış mərasimində iştirakı ilə sərginin yüksək statusunu bir daha təsdiqləyir.

Əhmədova Gülüş,
Xəzər rayonu, 121 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button