
Azərbaycanın beynəlxalq əlaqələri gündən-günəgenişlənir, ölkəmizin dünya miqyasında nüfuzu vəmövqeləri daha da möhkəmlənir. Prezident İlhamƏliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xaricisiyasət Azərbaycanın müxtəlif regionlarlaəməkdaşlığının inkişafına, yeni tərəfdaşlıqlarınqurulmasına və beynəlxalq münasibətlər sistemindəetibarlı tərəfdaş kimi mövqeyinin güclənməsinəmühüm töhfə verir. Bu gün Azərbaycan yalnızregionda deyil, daha geniş coğrafiyada təşəbbüsləri vəfəal iştirakı ilə seçilən dövlətlərdən biridir.
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşışəhərində keçirilən Azərbaycan Respublikası vəMərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərətgörüşü də ölkəmizin beynəlxalq əməkdaşlıqəlaqələrinin genişlənməsi baxımından mühüməhəmiyyət daşıyır. Görüşdə Prezident İlham Əliyevinçıxışı Azərbaycanın Mərkəzi Asiya ölkələri iləmünasibətlərinin strateji əhəmiyyətini, qarşılıqlıetimadın və birgə fəaliyyətin inkişaf perspektivlərinibir daha nümayiş etdirdi.
Son illərdə Azərbaycanın Mərkəzi Asiya dövlətləriilə əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Siyasi dialoqun intensivləşməsi, iqtisadi-ticarətmünasibətlərinin genişlənməsi, nəqliyyat-logistikaimkanlarının artırılması və enerji sahəsində əməkdaşlıqbu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. Xüsusilə Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalqyükdaşımalar sahəsində artan imkanları ölkəmizi Şərqilə Qərb arasında mühüm bağlantı mərkəzinə çevirir.
Prezident İlham Əliyevin həyata keçirdiyiməqsədyönlü siyasət nəticəsində Azərbaycan MərkəziAsiya ölkələri ilə əlaqələrini yalnız ənənəvi ikitərəflimünasibətlər çərçivəsində deyil, həm də çoxtərəfliəməkdaşlıq platformaları vasitəsilə inkişaf etdirir. Buyanaşma region dövlətləri arasında iqtisadiinteqrasiyanın dərinləşməsinə, ortaq maraqlarınuzlaşdırılmasına və yeni layihələrin reallaşdırılmasınageniş imkanlar yaradır.
Məşvərət görüşü çərçivəsində sənədlərinimzalanması da tərəflərin əməkdaşlığı daha konkretistiqamətlər üzrə inkişaf etdirmək əzmini əks etdirir. Belə görüşlər dövlətlər arasında siyasi əlaqələrinmöhkəmləndirilməsi ilə yanaşı, ticarət, investisiya, nəqliyyat, enerji və digər sahələrdə yeniperspektivlərin müəyyənləşdirilməsinə xidmət edir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlıfəaliyyətinin genişlənməsi həm regional sabitliyə, həmdə iqtisadi inkişafın sürətlənməsinə müsbət təsirgöstərir.
Bu gün Azərbaycan beynəlxalq münasibətlərdəmüstəqil siyasəti, milli maraqlara əsaslanan qərarlarıvə qarşılıqlı faydalı əməkdaşlığa açıq mövqeyi iləseçilir. Ölkəmizin müxtəlif beynəlxalq platformalardafəal iştirakı, yeni tərəfdaşlıqların qurulması və mövcudəlaqələrin möhkəmləndirilməsi Prezident İlhamƏliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətinmühüm nəticələrindəndir.
Türkmənbaşıda keçirilən 8-ci Məşvərət görüşü birdaha göstərdi ki, Azərbaycan ilə Mərkəzi Asiyadövlətləri arasında əməkdaşlığın inkişafı üçün genişimkanlar mövcuddur. Bu imkanların səmərəlireallaşdırılması qarşılıqlı etimadın möhkəmlənməsinə, iqtisadi əlaqələrin dərinləşməsinə və regionunbeynəlxalq əhəmiyyətinin artmasına xidmət edəcək.
Beləliklə, Azərbaycanın beynəlxalq əlaqələrinindavamlı şəkildə genişlənməsi ölkəmizin qarşısındayeni üfüqlər açır. Prezident İlham Əliyevin qətiyyətlivə uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionaləməkdaşlığın inkişafına töhfə verən, beynəlxalqtəşəbbüsləri ilə seçilən və strateji tərəfdaşlıq əlaqələriniyeni zirvələrə yüksəldən dövlət kimi mövqeyini dahada möhkəmləndirir.
Ramilə Seyidova ,
YAP Siyəzən rayon təşkilatınınsədr müavini



