
2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşlər və mətbuata verilən bəyanatlar tərəflər arasında qarşılıqlı etimadın, siyasi dialoqun və strateji əməkdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirdi.
Prezident İlham Əliyev bəyanatında Azərbaycanın Avropanın etibarlı tərəfdaşı olduğunu bir daha vurğulayaraq ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan yalnız enerji resurslarının ixracatçısı deyil, eyni zamanda nəqliyyat, yaşıl enerji, rəqəmsal inkişaf və regional əməkdaşlıq sahələrində də Avropa ilə uzunmüddətli tərəfdaşlığa böyük önəm verir.
Bəyanatda Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti, Avropaya təbii qaz ixracının genişləndirilməsi və bərpaolunan enerji layihələrinin inkişafı xüsusi yer tutdu. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji layihələri ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Prezident İlham Əliyev Azərbaycanın regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olduğunu da bəyan etdi. Dövlətimizin başçısı bildirdi ki, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün Azərbaycan konstruktiv mövqe nümayiş etdirir və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin inkişafını dəstəkləyir.
Səfər zamanı müzakirə olunan məsələlər göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər təkcə enerji sahəsi ilə məhdudlaşmır. Ticarət, investisiya, rəqəmsal transformasiya, nəqliyyat dəhlizləri, yaşıl iqtisadiyyat və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir.
Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın müstəqil xarici siyasət kursunun uğurla davam etdirildiyini və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu bir daha təsdiqlədi. Azərbaycan qarşılıqlı hörmət, etibarlılıq və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanaraq Avropa ilə əlaqələrini bundan sonra da inkişaf etdirmək əzmindədir.Bu səfər və verilən bəyanatlar göstərdi ki, Azərbaycan Avropa üçün etibarlı strateji tərəfdaş olaraq regional sabitliyin, enerji təhlükəsizliyinin və iqtisadi əməkdaşlığın gücləndirilməsində mühüm rol oynamaqda davam edir.
Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini



