Azərbaycanda yaxşı sərmayə mühiti var

21 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti nüfuzlu “Evronews” kanalına müsahibə vermiş, bu müsahibədə ölkənin enerji, ekologiya sahəsində görülən və gələcəkdə görüləcək işlərdən ətraflı danışmışdır.
Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 2030–cu ilədək 5 qiqavata qədər gücü olan müqavilə və memorandumlar icra olunacaq. Azərbaycanda yaxşı sərmayə mühiti var. Hazirda ölkə ənənəvi enerjidən əldə olunan gəlirləri bərpa olunan enerjiyə yönəldir. COP-29 a ev sahibliyi edən ölkə olaraq yaşıl enerjiyə keçid prosesində öndə gedən ölkələrdən biri olmaq bizim üzərimizə düşən öhtəlikdir. ”Masdar “ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin” ACWA Power və “BP” sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin də bir çox şirkətləri var. Biz milli enerji mənbələrimizi gücləndirməliyik. Belə ki,sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarinda olmalıyıq. Ötürülmə xətləri ilə əlaqədar qonşularla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəflərimiz ixracdır.
Müsahibəsində cənab prezident bildirmişdir ki, beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarla həll etməliyik. Bərpaolunan enerjidən istifadədəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki,elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki,o əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.
Konfrans enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Bakı Enerji Həftəsində 37 dən artıq ölkədən gəlmiş 300 dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994 cü ildə təşkil olunmuşdir. Bu tədbir öncə Xəzər Neft və Qaz sərgisi və konfransı adlnı aldı. Sonra biz bərpaolinan enerji sahəsində işə başladıq və tədbir fərdi sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə-neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz deyə Ölkə başçısı qeyd etmişdir.
Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birlik və həmrəylik yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonrakı dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
Əliyev Elçin,
Xəzər rayonu, 26 nömrəli tam orta məktəbin müəllimi