Azərbaycanda mədəniyyətlərarası və sivilizasiyalararası məsələlərə həsr olunmuş çoxsaylı beynəlxalq konfranslar keçirilir

1 may 2024-cü ildə Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Forumda 110 ölkənin nümayəndələri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Forum zamanı qonaqlara söz verməzdən əvvəl “Bakı Prosesi”ndən və Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrindən söz açılmışdır. “Bakı prosesi” Cənab Prezident İlham Əliyev tərəfindən başladılmış və aparıcı beynəlxalq təşkilatların dəstəklədiyi bir layihədir. O, 250-dən çox tədbirdə 180 ölkədən olan 10 mindən artıq iştirakçını salamlamış, bölgədə yeni mədəniyyətlərarası təşəbbüsləri ilhamlandırmışdır. Azərbaycanın əsas məqsədi Dünya VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu vasitəsilə regionda və dünyada sülhü təşviq və təbliğ etmək, dövlətlərarası əməkdaşlığı genişləndirməkdir.
Ümumiyyətlə Azərbaycan Respublikası tarixin bütün dövrlərində həmişə sülh və əmin-amanlıq diləyən və buna əməl edən bir dövlət olmuşdur. Lakin ölkəmizə qarşı çox böyük haqsızlıqlar edilmişdir, əraziləri işğala məruz qalmış, tarixinin və mədəniyyətinin nümunələri dağıdılmış, əhalisi etnik təmizləməyə məruz qalmış və dünya birliyi bu ədalətsizliyə göz yummuşdur. Ötən ilin sentyabrında Azərbaycan öz müstəqilliyini və ərazi bütövlüyünü bərpa etdi və yenə də öz humanist tərəfini göstərdi. Məhz Azərbaycan ona qarşı bu amansızlıqları həyata keçirmiş Ermənistanla sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır.
Ölkəmizin belə mühüm tədbirlərə ev sahibliyi etməsi onun gücündən və inkişafından xəbər verir. Bunlardan biri də COP29 layihəsidir. Azərbaycan COP29 layihəsi çərçivəsində öz rolunu körpülərin salınması ilə həyata keçirir. Bu layihə Azərbaycana tapşırılanda başlanğıc mərhələdə ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşməsi və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara verilməsi nəzərdə tutulur. Bu gün Azərbaycanın adının belə mühüm tədbirlərdə və layihələrdə qeyd edilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun ən böyük faktorlarından biridir.
Zərxanım Abbasova,
YAP-ın fəalı